Azərbaycanda bu il qaz istehlakı 14 mlrd. kubmetri ötəcək - PROQNOZ

Azərbaycanda bu il qaz istehlakı 14 mlrd. kubmetri ötəcək - PROQNOZ
# 19 sentyabr 2019 14:29 (UTC +04:00)

Bu il Azərbaycanda qaz istehlakının 14 mlrd. kubmetri ötəcəyi gözlənilir ki, bu da keçən ilin göstəricisi ilə müqayisədə 11,1% çoxdur.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2018-ci ildə ölkədə qaz istehlakı 12,6 mlrd kubmetr olub: “Bu il və növbəti il ərzində qaz istehlakının 14 mlrd. kubmetri ötəcəyi gözlənilir”, - deyə, P. Şahbazov əlavə edib.

Nazirin sözlərinə görə, 2019-2023-cü illərdə “Abşeron” qaz-kondensat yatağı, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturları, “Ümid” və “Qarabağ” yataqları üzrə görüləcək tədbirlər ölkə iqtisadiyyatının gələcəkdə qazla fasiləsiz və keyfiyyətli təminatına imkan yaradır.

Qeyd edək ki, Azərbaycanda 2021-ci ildə 45 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir. Gələn il isə ölkədə qaz hasilatının 40,2 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.

Ötən ilin göstəricisi ilə müqayisədə bu il qaz hasilatının 19% və ya 5,8 mlrd. kubmetr artacağı gözlənilir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkədə 30,6 mlrd. kubmetr qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR