Azərbaycanda ötən il əmtəəlik qazın istehsalı 7,3% artıb

Azərbaycanda ötən il əmtəəlik qazın istehsalı 7,3% artıb
# 18 yanvar 2023 17:54 (UTC +04:00)

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 64,8 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 32,6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 35,0 mlrd. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6% azalıb, əmtəəlik qaz hasilatı isə 7,3% artıb”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR