Azərbaycandakı yeni KES ildə 400 min ton karbon tullantılarının qarşısını alacaq

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 13 yanvar 2022 18:53 (UTC +04:00)

Bu gün təməli qoyulan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ildə təxminən 220 mln. kubmetr təbii qaza qənaət etməyə imkan yaradacaq.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, stansiyanın fəaliyyəti ilə ildə təqribən 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

"Stansiyanın enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq, ildə, təxminən 1 milyard kVt/s qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində biz təxminən 220 mln. kubmetr təbii qaza qənaət edə biləcəyik, təxminən, 400 min ton karbon tullantılarının qarşısı alınacaq", - P. Şahbazov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR