Azərbaycanın neft ixracından gəlirləri 40%-dan çox artıb

Azərbaycanın neft ixracından gəlirləri 40%-dan çox artıb
# 28 yanvar 2022 12:07 (UTC +04:00)

Ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə "APA-Economics" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.

Qeyd edək ki, ötən il xam neft və xam neft məhsulları Azərbaycanın ümumi ixracının 59,53%-ini təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR