Nazir: "Son 25 ildə Azərbaycanda 740 mln. ton neft hasil edilib"

Nazir: "Son 25 ildə Azərbaycanda 740 mln. ton neft hasil edilib"
# 19 sentyabr 2019 12:25 (UTC +04:00)

Son 25 ildə Azərbaycanda orta hesabla 740 mln. ton neft hasil edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində ölkənin neft-qaz sektoruna 101 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub.

Nazir onu da bilidirib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan indiyədək (bu ilin avqustun axırına kimi) 161 mlrd. kubmetr qaz və 492 mln. ton neft hasil edilib.

P. Şahbazov əlavə edib ki, indiyədək Azərbaycan AÇG layihəsindən 143 mlrd. dollar gəlir əldə edib.

Qeyd edildi ki, bu ilin 8 ayında ölkədə 25,1 mln. ton neft hasil edilib, 20,9 mln. ton neft isə ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR