Pərviz Şahbazov: "OPEC üzrə təcili toplantının keçirilməsi istisna edilir"

Pərviz Şahbazov: "OPEC üzrə təcili toplantının keçirilməsi istisna edilir"
  • Clock-gray 13:24
  • calendar-gray 19 Sentyabr 2019

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ üzrə nazirlərin təcili toplantısının keçirilməsini istisna edir.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfrans zamanı bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Səudiyyə Ərəbistanın neft obyektlərinə edilən hücumlar ümumi dünya bazarlarında neftə olan qiymətlərə böyük təsir göstərməyib. 

İnsidentdən sonra bir neçə gün neft bazarında qeyri-stabillik yer alsa da, hazırda vəziyyət normallaşıb. 

P. Şahbazovun sözlərinə görə, o, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə telefonla danışıqlar aparıb və tərəflər hazırda neft bazarında olan vəziyyəti müzakirə edib: “Hazırda belə bir görüşün keçirilməsində ehtiyac yoxdur. Neft bazarında vəziyyət stabildir, qiymətlər da sabitləşir”.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date