Rusiya maye karbohidrogenlərin hasilatını bu il tam bərpa edəcək - PROQNOZ

Rusiya maye karbohidrogenlərin hasilatını bu il tam bərpa edəcək - PROQNOZ
# 13 yanvar 2022 12:48 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Rusiya üzrə 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 11,87 mln. barel olacağı ehtimal olunur.

Hesabata əsasən, cari il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 11,54 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,57 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Qeyd olunur, ötən il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,78 mln. barel təşkil edib ki, bu da ötən proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, EIA-in hesablamalarına görə, 2020-ci ildə Rusiyada ortalama gündəlik neft hasilatı 10,5 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 11,49 mln. barel təşkil edib.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, Rusiya neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəni artıq 2022-ci ildə ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR