Rusiya qazının Avropadakı payı son 20 ilin ən aşağı göstəricisi ola bilər - PROQNOZ

Rusiya qazının Avropadakı payı son 20 ilin ən aşağı göstəricisi ola bilər - PROQNOZ
# 05 iyul 2022 13:09 (UTC +04:00)

Rusiyadan boru kəməri ilə Avropaya qaz nəqli bu il 45% azalaraq 80 mlrd. kubmetrdən az ola bilər.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarı ilə bağlı hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Rusiyadan boru kəməri ilə Avropaya qaz nəqlinin azalmasına baxmayaraq, bu ölkədən Aİ-yə mayeləşdirilmiş təbii qazın tədarükün artacağı gözlənilir.

IEA-ın proqnozuna əsasən, 2022-ci ilin nəticələrinə görə, Rusiya qazının Avropa tələbatının ödənilməsində payı son 20 ilin ən aşağı göstəricisinədək enəcək və cəmi 25% təşkil edəcək.

Ümumiyyətlə, Rusiya Federasiyasından Avropaya qaz nəqli 120 mlrd. kubmetrdən çox azala bilər və 2025-ci ili üçün ildə cəmi 30 mlrd. kub metr səviyyəsində ola bilər. Beləliklə də, Rusiyanın Avropa qaz istehlakında payı 10%-dən aşağı ola bilər, 2027-ci ildə isə 0 səviyyəsinə çata bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR