“Şahdəniz”dən indiyədək 168 mlrd. kubmetr qaz hasil edilib

“Şahdəniz”dən indiyədək 168 mlrd. kubmetr qaz hasil edilib
# 10 iyun 2022 15:58 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku istismara veriləndən 01 iyun 2022- ci il tarixinədək 195,9 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 iyun 2022- ci il tarixinədək 168 mlrd. kubmetrdən çox qaz hasil olunub.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 mlrd. kubmetrdən çox həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunub.

Məlumata görə, cari ilin 5 ayı ərzində ölkədə 19,6 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 mlrd. kubmetri AÇG-dən, 10,6 mlrd. kubmetri “Şahdəniz”dən, 3,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3%, yəni 2,6 mlrd. kubmetr artımla qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR