"Şahdəniz"dən indiyədək 111 mlrd. kubmetr qaz hasil edilib

"Şahdəniz"dən indiyədək 111 mlrd. kubmetr qaz hasil edilib
# 19 sentyabr 2019 14:16 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yanağından indiyədək 110,8 mlrd. kubmetr qaz hasil edilib.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən dövr yataqdan hasil edilən qazın 73,7 mlrd. kubmetri ixraca nəql olunub.

Nazir əlavə edib ki, qazdan əlavə "Şahdəniz"dən indiyədək 26,8 mln. ton kondensat hasil edilib.

Yanvar-avqust aylarında ölkədə hasil edilmiş qazın 10,9 milyard kubmetri, kondensatın isə 2,3 mln. tonu "Şahdəniz" yatağının payına düşür.

""Şahdəniz" yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən bu il bu ölkəyə 33,8% çox, yəni 5,7 mlrd. kubmetr qaz satışı həyata keçirilib", - deyə, nazir qeyd edib.

P. Şahbazovun sözlərinə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR