SOCAR Rusiyada neft emalı zavodunda payın alınması imkanlarını araşdırır

SOCAR Rusiyada neft emalı zavodunda payın alınması imkanlarını araşdırır
# 03 oktyabr 2019 12:55 (UTC +04:00)

SOCAR Rusiyanın Antipinski neft emalı zavodunda (NEZ) iştirak payanın alınmasına dair imkanları araşdırır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, əgər bu məsələ üzrə SOCAR tərəfindən müsbət qərar verilərsə, NEZ-in modernizasiyası da istisna edilmir.

Vaxt baxımından sözügedən məsələ üzrə qərarın qəbul edilməsi prosesinin uzanmadığını hesab edən nazir onu da qeyd edib ki, SOCAR zavodda pay alacağı təqdirdə müəssisənin effektivliyini artırmaq niyyətindədir. Bu proses həmçinin zavodun modernizasiyası yolu ilə həyata keçirilə bilər.

Xatırladaq ki, Antipinsk NEZ-i emal üçün nefti ala bilməməsi ucbatından işini dayandırmışdı. May ayında NEZ iflasını elan edilməsi üzrə iddia qaldırmışdı. Bu ilin iyununda SOCAR-ın (60%) və “Sberbank”ın (40%) birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” şirkəti Kiprin “Vikay Industrial” strukturunu alaraq Antipinsk NEZ-in 80% səhmlərinə sahib olub. Bu ilin iyulunda isə NEZ öz işini bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR