Azərbaycanda sabiq prokurorun apellyasiya şikayəti qismən təmin olunub

Azərbaycanda sabiq prokurorun apellyasiya şikayəti qismən təmin olunub
# 25 iyun 2008 12:27 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Ağstafa rayonunun sabiq prokuroru Nadir Bayramov və digər iki nəfərin apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin barəsindəki hökmün dəyişdirilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər Şahnaz Şakilova 11 il, Nadir Bayramov və Elman Şakilov 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 312.1-ci (rüşvət vermə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunan Ş. Şakilova 13 il, N. Bayramov və E. Şakilov 3 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR