Ombudsman təsisatında yeni hüquqi nəşrlərin təqdimat mərasimi keçirilib

Ombudsman təsisatında yeni hüquqi nəşrlərin təqdimat mərasimi keçirilib
# 25 iyun 2008 15:51 (UTC +04:00)
Bakı-APA. Ombudsman Aparatında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə olunan “Hüquq müdafiəçiləri: insan hüquqlarını müdafiə etmək hüququnu qoruyarkən”, “İnsan Hüquqları üçün yeni mərhələ” kitablarının təqdimatı keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının eksperti Kyaran O”™Maoleyn və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəsi Vladlen Stefanovun, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirdə giriş sözü Ombudsman Elmira Süleymanova çıxış edib. Ombudsman çap materiallarının əhəmiyyətini vurğulayıb, kitabların nəşrində göstərdiyi yardıma görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təşəkkürünü bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR