Azərbaycanlı uşaq Corc Buşun iştirakı ilə keçiriləcək beysbol yarışında iştirak edəcək

Azərbaycanlı uşaq Corc Buşun iştirakı ilə keçiriləcək beysbol yarışında iştirak edəcək
# 26 iyun 2008 08:07 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, yaşadığı Ohayo ştatında yüzlərlə namizədin arasından seçilən Ketrin ABŞ-ın hər ştatından oyuna qatılacaq 50 uşaqdan biri olacaq. Balaca Ketrinin anası Dorri Qraf bildirib ki, qızının bu yarışmaya seçilməsi təsadüf deyil. Belə ki, onun münsiflər heyətinə təqdim etdiyi “Amerika yuxusu” adlı inşa bütün parametrlərə tam cavab verib. İyulun 16-da Ağ Evin yaşıl meydançasında prezident Corc Buş və xanımı Lauranın iştirakı ilə baş tutacaq yarışmadan əvvəl K. Əliyevanın ailəsi Azərbaycandan himayəyə götürülmüş uşaqların Vaşinqtonda keçiriləcək toplantısında da iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR