Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini ilə görüşüb
# 01 iyul 2008 15:36 (UTC +04:00)
Daha sonra rumıniyalı qonaq bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb. Nazirlikdə keçirilən görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsi üçün böyük potensialın olduğu vurğulanıb, əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin əhəmiyyəti qeyd edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən birinin əhalinin təhlükəsiz yaşaması üçün lazımi tədbirlərin uğurla gerçəkləşməsinə yönəldiyini bildirib. Nazir rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, sistemin beynəlxalq tələblərə uyğun formalaşdırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verib. Kəmaləddin Heydərov qeyd edib ki, yaranmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin uyğun qurumları ilə əlaqələr qurub, onların bu sahədə qazandıqları çoxillik iş təcrübəsindən bəhrələnib. Rumıniya nümayəndə heyətinin bu səfərinin iki ölkənin uyğun qurumları arasında əlaqələrin möhkəmlənməsinə yeni impuls verəcəyini söyləyən Kəmaləddin Heydərov yaxın gələcəkdə imzalanması nəzərdə tutulan sazişin konkret sahənin inkişafına güclü təkan verəcəyinə əminliyini bildirib. Görüşdə çıxış edən Viktor Poul Dobre fövqəladə hallara qarşı mübarizə də birgə səylərin, qarşılıqlı yardımın göstərilməsinin effektiv olduğunu qeyd edib. Görüşdə fəlakətlərin təsirlərinin qarşılıqlı alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq üzrə qarşılıqlı sənədin layihəsi ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini Azərbaycana bir günlük səfəri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarına baş çəkəcək, iş prosesi ilə yaxından tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR