Bu il Azərbaycanda 129 nəfər HİV-ə yoluxub
17 aprel 2009 15:29 (UTC +04:00)
Onlardan 125-i (96,9%) Azərbaycan vətəndaşı, 4 nəfəri əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 125 Azərbaycan vətəndaşından 113-ü kişi, 12-i qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 33, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 12 nəfər olub. İlk rüb ərzində HİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 81-i inyeksion narkotik istifadəsi, 21-i heteroseksual kontakt nəticəsində, 1 nəfər uşaq anadan HİV-ə yoluxub, 22 nəfərin yoluxma yolu isə hələ müəyyənləşdirilməkdədir. HİV-ə yoluxan 125 Azərbaycan vətəndaşının 28-i Bakı və Abşeron rayonunda, 92-i respublikanın digər 29 inzibatı ərazisində qeydiyyatdadır, 5 nəfərin yaşayış yeri naməlumdur. HİV daşıyıcılarının 32 nəfəri virusa respublikadan kənarda yoluxub.
Ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu ilin I rübünün sonunadək 1944 nəfərdə HİV infeksiyası təsdiq olunub. Onlardan 1869 nəfəri Azərbaycan vətəndaşı, 75 nəfəri əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1576-ı kişi, 293-ü qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 382 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 251 nəfər olub.
Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu ilin I rübünün sonunadək Azərbaycanda 670 ailədə qeyd edilən virusa yoluxma faktı qeydə alınıb. Onlardan 16 ailədə ata-ana-uşaq, 135 ailədə ər-arvad, 477 ailədə yalnız kişi, 42 ailədə isə yalnız qadın yoluxub.

Sosial
Gəncənin icra başçısı sakinlərlə görüşüb
18:24
1 may 2024
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
17:50
1 may 2024
Qarabağ atları Britaniyada “Vindzor Kral Atçılıq Şousu”na qatılıb
17:45
1 may 2024
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər
17:16
1 may 2024