Azərbaycan əhalisinin gəlirləri yanvar-noyabr aylarında 7,6% artıb

Azərbaycan əhalisinin gəlirləri yanvar-noyabr aylarında 7,6% artıb
# 16 dekabr 2009 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda əhalinin gəlirləri 7,6% artaraq 19,8 mlrd. manata çatıb və gəlirlərin adambaşına həcmi 2 245,8 manat təşkil edərək əvvəlki ildəkindən 6,2% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 68%-i son istehlaka, 11,8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 20,2%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 17,8 mlrd. manatlıq vəsait qalıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR