Heydər Əliyev Fondu və “Uralsib” maliyyə korporasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb

Heydər Əliyev Fondu və “Uralsib” maliyyə korporasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb
# 05 noyabr 2007 16:03 (UTC +04:00)
Bu gün Heydər Əliyev Fondu və “Uralsib” maliyyə korporasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi fondun prezidenti Mehriban Əliyeva və “Uralsib”in prezidenti Nikolay Tsvetkov imzalayıblar. Fondan APA-ya verilən məlumata görə, sənəd çərçivəsində gələcəkdə münasibətlərin genişləndirilməsi məqsədilə birgə maraqlar üzrə əməkdaşlığın qurulması nəzərdə tutulur. Hazırda Azərbaycanda 30 minə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq var. Bu əməkdaşlıq çərçivəsində ilk layihə məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşası, təchizatı və saxlanılmasını nəzərdə tutur. “Uralsib”in maliyyə dəstəyi ilə həyata keçiriləcək layihəni Heydər Əliyev Fondu gerçəkləşdirəcək. Layihə çərçivəsində hazırda Bülbülə qəsəbəsində yerləşən və ətraf ərazilərdə yaşayan 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə edən “Oriqami” reabilitasiya mərkəzi üçün yeni binanın inşası və gələcək fəaliyyətinin təminatı nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR