Gəncə Yol Polisi Şöbəsinin sabiq rəisinin ölümü ilə bağlı zərərçəkmiş tərəfin kasasiya şikayəti təmin edilməyib

Gəncə Yol Polisi Şöbəsinin sabiq  rəisinin ölümü ilə bağlı zərərçəkmiş tərəfin kasasiya şikayəti təmin edilməyib
# 17 iyun 2008 10:05 (UTC +04:00)
Bakı. Hacı Zeyanlov-APA. Bu gün Ali Məhkəmədə hakim Müzəffər Ağazadənin sədrliyi ilə Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin sabiq rəisi İkram Xəlilovun ölümü ilə bağlı zərərçəkən tərəfin kasasiya şikayətinə baxılıb. Bu barədə APA-ya təqsirləndirilən Zabit Kazımovun vəkili Nərminə Məmmədova bildirib. Prosesdə zərərçəkən tərəfin kasasiya şikayəti təmin edilməyib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə iş üzrə təqsirləndirilən Zabit Kazımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Pərviz Məmmədov isə 2 il şərti azadlıqdan məhrum olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR