AMEA-nın ən gənc elmlər doktoruna 5000 manat mükafat veriləcək

Elçin Hüseynov

© APA | Elçin Hüseynov

# 29 dekabr 2021 17:33 (UTC +04:00)

AMEA-nın ən gənc elmlər doktoruna beş min manat məbləğində stimullaşdırıcı pul mükafatı veriləcək.

APA-nın məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında verilib.

Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika elmləri doktoru Elçin Hüseynovun radiasiya materialşünaslığı sahəsində mühüm nailiyyətləri, həmçinin 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etdiyi nəzərə alınaraq, ona beş min manat məbləğində pul mükafatının verilməsi qərara alınıb.

Qeyd edək ki, E.Hüseynov dünyanın reytinqli və indeksli 40-a yaxın jurnalında çap olunmuş 93 elmi əsərin müəllifidir. Alimin beynəlxalq qiymətləndirmə sistemlərində h-indeksi 18, i10-indeksi 23, istinad sayı 500-dən yuxarıdır.

Xatırladaq ki, akademiyada 35 yaşadək elmlər doktoru dissertasiyasını müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan pul mükafatı AMEA Rəyasət Heyətinin qərarına əsasən 2017-ci ildən etibarən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR