Astarada sitrus bağlarını şaxta vurub, təsərrüfatlara xeyli ziyan dəyib - FOTO

Astarada sitrus bağlarını şaxta vurub, təsərrüfatlara xeyli ziyan dəyib - FOTO
# 16 yanvar 2023 12:00 (UTC +04:00)

Astarada sitrus bağlarını şaxta vurub.

APA-nın cənub bürosu xəbər verir ki, bir neçə gün əvvəl rayona yağan güclü qar və şaxta Astaranın sitrus bağlarına ciddi ziyan vurub. Daha çox bu il əldə olunan bol məhsulun bir qismini indiyədək yığmayan, ağaclarda saxlayan təsərrüfat sahibləri ziyana düşüb.

Bundan başqa, yağıntı çox yağdığına görə fərdi anbarlarda saxlanılan sitrus meyvələri də çürüyüb. Təsərrüfat sahibləri ərazidə saxlama kamerası olmadığından məhsulu ev şəraitində saxlamağa məcbur olduqlarını bildiriblər. Bu il yağıntılar çox düşdüyündən rütubətlilik maksimum həddə çatıb, bu da məhsulun çürümə riskini artırıb.

Bəzi təsərrüfat sahibləri 10 min manata yaxın ziyana düşüb.

Qeyd edək ki, Astarada 2417 hektar naringi, 450 hektar portağal bağı var. Bağlardan 42 min ton naringi, 5 min ton portağal tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR