Bank Of Baku

Azərbaycanda adambaşına düşən yaşıllığın miqdarı açıqlanıb

Azərbaycanda adambaşına düşən yaşıllığın miqdarı açıqlanıb
# 29 mart 2022 16:20 (UTC +04:00)

“Azərbaycanın təxminən 11.8%-i meşə ilə örtülüdür”.

APA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib. Onun sözlərinə görə, ölkəmizin 14%-i meşə fondu torpaqlarıdır:

“Adambaşına düşən yaşıllığın miqdarı 0.2 hektardır. Dünyada bu rəqəm ortalama olaraq 0.48 hektar təşkil edir. Bu rəqəmləri müqayisə etdikdə görmək olur ki, ölkəmizdə bu göstərici 4 dəfə azdır. Buna görə də bizim üçün yaşıllıqların salınması prioritetdir”.

V. Fərzəliyev deyib ki, bu il Azərbaycanda 1050 hektar meşə ərazisinin bərpa olunması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR