Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 08 fevral 2023 19:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 884 nəfər müalicə olunaraq sağalıb, 10 097 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir.

Ölkədə son sutka ərzində 1830, hazırkı dövrədək isə 7 500 674 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR