Bakı ŞİH: Nəbatət Bağı ilə bağlı yayılan şəkillər təsdiq olunmayan layihələrdən biridir

Bakı ŞİH: Nəbatət Bağı ilə bağlı yayılan şəkillər təsdiq olunmayan layihələrdən biridir
# 24 yanvar 2023 20:18 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Mərkəzi Nəbatət Bağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Bildiririlib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR