Bakıda dava bir nəfərin bıçaqlanması ilə nəticələnib

Bakıda dava bir nəfərin bıçaqlanması ilə nəticələnib
# 20 iyun 2022 06:37 (UTC +04:00)

Bakının Xətai rayonunda dava edən iki nəfərdən biri ağır xəsarət alıb.

APA xəbər verir ki, insident Əhmədli metrostansiyasının yaxınlığında qeydə alınıb.

1982-ci il təvəllüdlü Məmmədov Tahir Maşallah oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR