Beynəlxalq səyyahlar Kəlbəcərdə İstisuda olublar - VİDEO

Beynəlxalq səyyahlar Kəlbəcərdə İstisuda olublar  - VİDEO
# 05 fevral 2023 10:04 (UTC +04:00)

Beynəlxalq səyyahlar Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuya gəliblər.

APA-nın xəbərinə görə, səyyahlara İstisu və işğal dövründə Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib.

Beynəlxalq səyyahlar daha sonra Laçına səfər edəcək.

***

saat 09.35

Beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, 12 ölkə - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonun Zülfüqarlı kənd yerləşən İstisu ilə tanış olacaqlar.

Qonaqları erməniləri Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin ötən gündə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR