Paşha Bank
Bank Of Baku

Ağdamda “Zəfər naminə – Birlik Kuboku”nun qalibi bəlli olub

Ağdamda “Zəfər naminə – Birlik Kuboku”nun qalibi bəlli olub
# 05 noyabr 2026 20:13 (UTC +04:00)

Ağdamda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış tarixi Zəfərə həsr olunan “Zəfər naminə – Birlik Kuboku” mini-futbol turnirinə yekun vurulub.

​APA xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

​Gərgin və idman mübarizəsi şəraitində keçən həlledici final qarşılaşmasında “Xocavənd” və “Agro-Lid MMC” kollektivləri üz-üzə gəliblər. Rəqibini 5:2 hesabıyla məğlub edən “Xocavənd” komandası turnirin baş mükafatı olan kuboka yiyələnib.

​Sonda qalib gələn komandanın üzvlərinə kubok və xatirə hədiyyələri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR