BQXK ötən ay 95 nəfərin Laçın yolu ilə köçürülməsinə şərait yaradıb

BQXK ötən ay 95 nəfərin Laçın yolu ilə köçürülməsinə şərait yaradıb
# 02 fevral 2023 14:21 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu boyunca təcili tibbi yardım xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün çalışır.

APA xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin açıqladığı məlumatda deyilir.

Qeyd olunub ki, BQXK təcili tibbi yardıma ehtiyacı olan 60 xəstənin təhlükəsiz keçidini təmin edib: “Həmçinin, komandalarımız tibb müəssisələrinə dərmanlar, uşaq qidaları və ərzaq çatdırıblar.

Keçən ay 8 xəstəxanaya, fiziki reabilitasiya mərkəzinə, 300-dən çox yaşlıya qulluq edən müəssisəyə, uşaqlar üçün mərkəzə ərzaq və gigiyena vasitələri payladıq. Bundan əlavə, ehtiyacı olan hamilə qadınlara ərzaq bağlamaları və gigiyena vasitələri paylamağa başladıq.

Bu vəziyyət bəzi şəxslərin öz ailələrindən ayrı düşməsinə səbəb olduğu üçün yanvarın əvvəlindən 95 nəfərin Laçın dəhlizi ilə köçürülməsinə şərait yaratdıq. Bu, tərəflərin razılığı və ailə üzvlərinin istəkləri əsasında həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR