BQXK-yə məxsus 5 avtomobil Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib

BQXK-yə məxsus 5 avtomobil Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib
# 20 yanvar 2023 09:01 (UTC +04:00)

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

APA-nı Şuşaya ezam olunan müxbiri xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.


Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR