Əmək hüququnun pozulması ilə bağlı Ombudsmana 1500-dən çox müraciət daxil olub

Əmək hüququnun pozulması ilə bağlı Ombudsmana 1500-dən çox müraciət daxil olub
# 26 iyul 2022 10:25 (UTC +04:00)

Ötən il əmək hüququnun pozulması ilə bağlı Ombudsmana 1 532 müraciət daxil olub.

APA xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda ictimai müzakirədə deyib.

O bildirib ki, 2021-ci ildə əmək hüququ ilə bağlı Ombudsman Aparatına 1532 müraciət daxil olub.

Onlardan 26 faizinin icrası təmin edib. Digər müraciətlər isə müvəkkilin səlahiyyətləri ilə bağlı olmadığı üçün aidiyyəti üzrə yönləndirilib.

"Şikayətlərdən 582-si üzrə aidiyyəti qurumlara müraciət edilib. Şikayətlərin məzmunu daha çox əmək haqlarının ödənilməsi, yaxud gecikdirilməsi, istehsalat qəzalarına verilən müavinətlərin gecikməsi, hamiləliyə görə, əmək müqaviləsi olmadan işdən çıxarmalar və vətəndaşın pensiya yaşına az qalmış işdən azad edilməsi ilə bağlıdır", - S.Əliyeva deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR