Endokrinoloq: Diabet xəstəsi uşaqlara hansısa qida qadağan edilməməlidir

Endokrinoloq: Diabet xəstəsi uşaqlara hansısa qida qadağan edilməməlidir
# 01 fevral 2023 15:20 (UTC +04:00)

“Şəkər xəstəliyindən əziyyət çəkən uşaqlara hansısa qida qadağan edilməməlidir”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.

Onun sözlərinə görə, şəkər xəstəliyini müalicə edən qida yoxdur:

“Şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da başqaları kimi qidalanmalıdır, hətta şirniyyatdan da istifadə edə bilər. Sadəcə həddində qidalanmasına fikir vermək lazımdır. Zərərli olan qidalar şirin qazlı sular, şəkərli qidalardır”.

Həkim eyni zamanda qeyd edib ki, I tip diabetin müalicəsi indiki halda mümkün deyil və yalnız insulin müalicəsi aparılır.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR