Keçən il Azərbaycanda uşaqlar arasında qeydə alınmayan xəstəliklər məlum olub

Keçən il Azərbaycanda uşaqlar arasında  qeydə alınmayan xəstəliklər məlum olub
# 18 yanvar 2023 17:39 (UTC +04:00)

Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlar 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar - noyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A ilə (30,3 faiz), yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyaları ilə (28,3 faiz), qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (20,6 faiz), qonokokk infeksiyası ilə (13,3 faiz), viruslu hepatit B ilə (9,1 faiz) xəstələnmə halları azalıb. Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR