Dövlət Komitəsi bələdiyyələri məişət zorakılığı ilə mübarizəyə cəlb etmək istəyir

Dövlət Komitəsi bələdiyyələri məişət zorakılığı ilə mübarizəyə cəlb etmək istəyir
# 12 yanvar 2022 14:31 (UTC +04:00)

“Məişət zorakılığının törədən insanlarla işləmək lazımdır. Biz əksər vaxt zorakılığa məruz qalanlarla işləyirik. Amma bunu törədənlərlə məşğul olub, onların psixoloji durumunu bilməliyik”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bəzən belə şəxslər ikinci dəfə evlənəndə yenidən zorakılığa əl atırlar: “Həmçinin düşünürük ki, bələdiyyələri bu işə cəlb edək və onlar bu istiqamətdə monitorinqlər həyata keçirsinlər. Azərbaycanda məişət zorakılığı elə də yüksək faiz deyil. Faktlar var, amma bunun da qarşısını ala bilərik. Bu istiqamətdə müvafiq qurumlarla birgə fəaliyyət göstərərək məişət zorakılığının qarşısının alınmasına nail olmaq mümkündür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR