Laçın-Xankəndi yolundan RSK-nın maşınları keçib - YENİLƏNİB-3

Laçın-Xankəndi yolundan RSK-nın maşınları keçib - YENİLƏNİB-3
# 28 aprel 2023 18:56 (UTC +04:00)

Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisindən keçən hissəsindən, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-nın Laçın istiqamətindən gələn maşını Xankəndiyə gedib. Avtomobillərin keçidinə Şuşa polisi, Daxili Qoşunların əməkdaşları nəzarət edib.

***

11.42

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus avtomobil karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 2 minik, 14 yük maşını Laçın istiqamətinə gedib.

***

10.46

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus Xankəndidən gələn gələn 3 minik, 1 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Laçın istiqamətinə gedib.

Səhər saatlarından indiyədək RSK-nın 42 avtomobili aksiya keçirilən ərazidən keçid edib.

***

09.20

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin hərəkətində aktivlik müşahidə olunur.

Laçın istiqamətindən gələn 2 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Xankəndiyə gedib.

Bununla da səhər saatlarında maneəsiz keçid edən avtomobillərin sayı 32 olub.

***

08:53

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər manesiz keçid edib.

Xankəndindən gələn 2 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Laçın istiqamətinə hərəkət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR