Leysan yağış Qəbələdə çaylarda suyun artmasına səbəb olub

Leysan yağış Qəbələdə çaylarda suyun artmasına səbəb olub
# 31 may 2023 23:50 (UTC +04:00)

Güclü leysan yağış Qəbələdə çayların suyunun artmasına səbəb olub.

APA -nın Şirvan bürosu xəbər verir ki, dağlara və rayona yağan güclü yağış nəticəsində rayonun Dəmiraparan çayında suyun səviyyəsi artıb.

Nəticədə Laza kəndinə gedən yolun bir hissəsini su yuyub.

Yolda böyük çatlar əmələ gəldiyindən buradan istifadə etmək təhlükə yaradır.

Kənd yolunun bir hissəsi tamamilə dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR