“İmtahanlarda yazı işlərinin yoxlanılması şəffaf qaydada aparılır”.
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yazı işlərinin yoxlanılmasını DİM tərəfindən hazırlanan proqram təminatı əsasında markerlər həyata keçirir:
“Bu markerlər heç kimin hüququnu pozmur. Çünki onlar, kimin işini yoxladığını bilmir” - o deyib.