Nazir müavini: Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar

Nazir müavini: Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar
# 15 fevral 2023 11:49 (UTC +04:00)

“Bu gün bələdiyyələr ilə bağlı müəyyən məsələlərlə qarşılaşırıq. Ən mühüm məsələ maliyyə resurslarını zəif olmasıdır”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı imkanlar var, lakin bələdiyyələr imkanlardan düzgün istifadə edə bilmirlər:

“Maliyyə resurslarının zəif olmasının səbəblərindən biri bələdiyyə ərazilərindəki vergi obyektlərinin siyahısının olmasıdır. Bu siyahı olarsa, həmin obyektlərdən vergilər yığılar, bələdiyyələrin maliyyə imkanları yaxşılaşar. Həmçinin rayon miqyasında torpaqlar icarəyə verilib. Bələdiyyələr əvvəlki illərdə torpaqları həmin dövrün qiymətləri ilə icarəyə verib. Həmin dövrün maliyyə vəziyyəti ilə indiki dövrün maliyyə vəziyyətini müqayisə etmək mümkün deyil. Bununla bağlı nazirliyin aidiyyəti qurumları tərəfindən regionlarda olan bələdiyyələrlə tövsiyələr göndərilib. Digər tərəfdən, son illərdə xeyli irəliləyiş var. Əvvəl bələdiyyə üzvlərindən sadəcə, biri ali təhsilli olurdu. Hətta az sayda bələdiyyə sədrlərinin orta təhsildən də aşağı təhsil səviyyəsi olurdu. Hazırda demək olar ki, çox az sayda təhsili olmayan bələdiyyə üzvü tapılar. Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar. Zamanla bunu həll etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR