Niyazi Bayramov Gəncə Uşaq Evini ziyarət edib - FOTO

Niyazi Bayramov Gəncə Uşaq Evini ziyarət edib - FOTO
# 12 avqust 2022 16:48 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinlərini ziyarət edib, burada yeni məskunlaşan uşaqlarla tanış olub.

İH-dən APA-ya verilən məlumata görə, Gəncə Uşaq Evinin sakinləri ilə görüşən şəhər rəhbəri onların qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin xüsusi diqqəti və qayğısı ilə əhatə olunublar. Onların fiziki və mənəvi sağlam, savadlı, tərbiyəli və vətənpərvər ruhda böyüdülməsi üçün burada hər cür şərait yaradılıb.

Həmçinin 12 yaşı tamam olan Gəncə Uşaq Evinin sakini Əlibala Abbasovun doğum günü qeyd olunub. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən çay süfrəsi təşkil edilib, Ə.Abbasova və digər uşaqlara müxətlif hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR