Nizami Cəfərov dilimizdə "qeyri-maddi mədəni irs" ifadəsinin işlədilməsini yolverilməz sayır

Nizami Cəfərov dilimizdə "qeyri-maddi mədəni irs" ifadəsinin işlədilməsini yolverilməz sayır
# 24 yanvar 2023 15:47 (UTC +04:00)

“Bizim dilimizi məhv edənlərdən biri beynəlxalq konvensiyalardır. Qeyri-maddi mədəni irs sözü də bu sıradadır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Nizami Cəfərov bildirib.

Deputat qeyd edib ki, maddi mədəniyyət sözü daim işlədilib: “Şeir də mənəvidir. Qeyri-maddi nədir? Bu, kənardan gəlir. Bu, nə mənəvi, nə maddi deyil, deməli, nədirsə, gərək yazılsın. Məsələn, lavaş və dolma qeyri-maddidirsə, gərək bunu sübut edək. Yaxud köçürmək əvəzinə təxliyə sözü işlədilir. Təxliyə nədir?”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyri-maddi mədəni irs sözü ilə bağlı müzakirə aparılmasını dəstəkləyib: “Mədəniyyət komitəsi bunu müvafiq qurumlarla müzakirə edə və bu ifadə dəyişə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR