“Hazırda ölkə ərazisində karantin rejimi tətbiq edilir. Bu o deməkdir ki, pandemiya davam edir”.
Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə 1 tibb müəssisəsi COVİD xəstəxanası kimi fəaliyyət göstərir:
“Regionlarda isə modul tipli xəstəxanalar fəaliyyət göstərir. Ehtiyac olduqda xəstələr burada müalicə olunur”.
Aysel Şahmar