Yardımlı və Lerik meşələrinə müdaxilənin artması faktları təhlil olunub

Yardımlı və Lerik meşələrinə müdaxilənin artması faktları təhlil olunub
# 21 aprel 2022 17:11 (UTC +04:00)

"Son günlər Yardımlı və Lerik meşələrində ağacların kəsilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinə daxil olan məlumatlar bizdə ciddi narahatlıq yaradır və bunun qarşısının alınması üçün qüvvələrimizi səfərbər etmişik".

APA xəbər verir ki, bunu Xidmət rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, Yardımlı və Lerik meşələrinə müdaxilə hallarının artması faktları təhlil olunub:

"Ehtimal edilir ki, son dövrdə ölkəyə gətirilən taxta materiallarının idxalında azalmanın qeydə alınması sözügedən meşə ərazilərinə təzyiqlərin artmasına səbəb olub. Biz bu təhlükə və təzyiqlərdən olduqca narahatıq və hesab edirəm ki, bu gün güclərimizi birləşdirməliyik. Bizə ictimaiyyətdən, ictimai fəallardan, hüquq-mühafizə orqanlarından güclü dəstək olmalıdır ki, bu təzyiqlərin birgə qarşısını alaq”, - deyə Xidmət rəsmisi bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR