Agentlik: 25 və 26 iyul tarixlərində vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub

Agentlik: 25 və 26 iyul tarixlərində  vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub
# 26 iyul 2020 11:57 (UTC +04:00)

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

APA-nın xəbərinı görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək: "Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR