Azərbaycanda meyitdən orqan götürülməsi proseduru 5 ay ərzində müəyyənləşəcək

Azərbaycanda meyitdən orqan götürülməsi proseduru 5 ay ərzində müəyyənləşəcək
# 09 dekabr 2020 14:53 (UTC +04:00)

Azərbaycanda meyitdən orqan götürülməsi proseduru müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin formasını, meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydasını, meyit donordan götürülmüş orqanla bağlı aktın formasını 5 ay müddətində qəbul edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR