Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq
# 17 fevral 2020 16:13 (UTC +04:00)

Fevralın 18-də səhər saatlarından Suraxanı rayonunun Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısamüddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya verilən xəbərə görə, məhdudlaşdırılma təmir işləri ilə əlaqədardır. Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR