Bakıda evdə meyiti tapılan 5 nəfərdən daha biri AzTU-nun tələbəsi imiş

Bakıda evdə meyiti tapılan 5 nəfərdən daha biri AzTU-nun tələbəsi imiş
  • Clock-gray 11:16
  • calendar-gray 24 Fevral 2021

Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri - Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.

APA-nın məlumatına görə, bunu Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib. O qeyd edib ki, vəfat edən tələbə Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub:

"Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi. Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

AzTU-nun rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində 5 nəfər dəm qazından boğulub.

Baş Prokurorluğun məlumatına görə, araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Günay Elşadqızı

Digər xəbərlər