Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir
  • Clock-gray 17:49
  • calendar-gray 19 Mart 2021

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

APA "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.2 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.8 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 6.9 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.1 faiz, Səbaildə 5.1 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

Əsmər Qabil

Digər xəbərlər