Bələdiyyələrin illik fəaliyyəti üzrə məruzənin Milli Məclisə təqdim olunması proseduru dəyişir

Bələdiyyələrin illik fəaliyyəti üzrə məruzənin Milli Məclisə təqdim olunması proseduru dəyişir
# 16 iyun 2020 11:10 (UTC +04:00)

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisə bələdiyyələrin illik fəaliyyəti ilə bağlı məruzəni təqdim etməsi proseduru dəyişir.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir.

Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edir. Layihəyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin yekunu üzrə öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR