Bu il özünüməşğulluq proqramına 8 minə yaxın şəxs cəlb olunub

Bu il özünüməşğulluq proqramına 8 minə yaxın şəxs cəlb olunub
  • Clock-gray 14:36
  • calendar-gray 21 Oktyabr 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən, həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

Nazirlikdən APA-ya bildirilib ki, bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. 

2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin  kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.  

 

Əsmər Qabil

Digər xəbərlər