Bank Of Baku

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəfat edib

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəfat edib
# 28 aprel 2020 10:24 (UTC +04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.

APA-nın xəbərinə görə, Ə. Musayev 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub.

Ə. Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, t.e.d., professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR