Martın əvvəlindən ictimai iaşə müəssisələrində 1109 nöqsan aşkarlanıb

Martın əvvəlindən ictimai iaşə müəssisələrində 1109 nöqsan aşkarlanıb
# 09 mart 2021 09:28 (UTC +04:00)

Bu ilin 1 fevral - 7 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22 642 monitorinq həyata keçirilib və 1 109 nöqsan aşkar edilib.

AQTA-dan APA-ya verilən xəbərə görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb.

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır - 124 (11%).

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55 316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR